Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri üçün tədbir keçirilib. Sumqayıt24 bu haqda 6 aprel tarixində xəbər verir.
Görüş “İnnovia” MMC tərəfindən təşkil olunub. Burada Əczaçılıq ixtisasının II kurs tələbələri iştirak ediblər. Tədbirdə gənclərə “Histamin allerqologiyadan immunologiyaya” və "Buta Farm" MMC apteklər şəbəkəsində iş imkanlarından danışılıb.