Bu gün şəhid Rüfət Mustafayevin mövlud günüdür.
Rüfət Zöhrab oğlu Mustafayev 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.
Mustafayev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.