Bədbəxt hadisə nəticəsində Xankəndidə həlak olan polis əməkdaşı Sumqayıtda dəfn olunub. Bu haqda 14 mart tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən məlumat verir.
Hadisə martın 13-nə keçən gecə saat 03:00 radələrində işğaldan azad olunmuş ərazidə baş verib. Xidməti silahla ehtiyatsız davranma səbəbindən açılan atəş nəticəsində 42 yaşlı Ramiz İsmayılov dünyasını dəyişib. O, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru idi. R. İsmayılov Sumqayıtda torpağa tapşırılıb.