Məşhur müğənni Novxanıdakı bağ evini satır. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.
Xatirə İslam qonaq olduğu “Həmin Zaur” verilişində bildirib ki, 20 sotluq həyətdə yerləşən 3 mərtəbəli villanı hələ də sata bilməyib:
“Ərim, oğlum və mən işimizlə əlaqədar gedə bilmirik. Yalnız mühafizəçilər orada qalırlar. Ona görə də evi satmaq istəyirəm”.
Proqramın aparıcısı Zaur Kamal qiyməti soruşduqda müğənni: “Mən belə şeylər haqda danışmaq istəmirəm. Efir bazardır? Başımdan ağrı tutdu. Mən belə şeyləri xoşlamıram”, – söyləyib.
Qeyd edək ki, Xatirə qış aylarında Mərdəkan ərazisində yerləşən yeni bağ evi alıb və orada dostları ilə birgə oğlunun doğum gününü keçirib.