Sumqayıt şəhərində təmizlik aksiyası keçirilib. Sumqayıt24 bu haqda 3 aprel tarixində xəbər verir.
Tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü, Sumqayıt şəhər Təmizlik Departamentinin dəstəyi, Sumqayıt Dövlət Universiteti və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin iştirakı ilə baş tutub.
Aksiya iştirakçıları Xəzərin sahilini müxtəlif növ tullantılardan təmizləyiblər.