Sumqayıtda “Xəzərin sahilində” adlı intellektual yarış baş tutub. Sumqayıt24 bu haqda 13 aprel tarixində xəbər verir.
Əfsanəvi “Yuxu” qrupuna həsr olunmuş yarış Heydər Əliyev Mərkəzində “HedaCore” İOK-nın təşkilatçılığı, “Lider” Hazırlıq Mərkəzinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib.
Gərgin və maraqlı bilik yarışmasında qalib “Brainiacs” komandası seçilib. İkinci və üçüncü yerləri “TETaTET” və “Avrora” kollektivləri tutub.
Hər bir iştirakçı “Lider” Hazırlıq Mərkəzi tərəfindən sertifikatlar və güzəşt kuponları ilə mükafatlandırılıb. Həmçinin şair Xan Rəsuloğlu suallarını cavablandıranlara müxtəlif kitablar hədiyyə edib.