Sumqayıtda vətəndaş kömək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət edib. Bu haqda 5 mart tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
Vətəndaşın ağır çəkili olması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb. Xilasedicilər vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın 9-cu mərtəbəsindən düşürərək Təcili Yardım Briqadasına təhvil veriblər.
Sonra xilasedicilər Təcili Yardım avtomobilini müşayiət edərək xəstəni həmin maşından düşürüb və səhiyyə ocağının 2-ci mərtəbəsinə qaldıraraq aidiyyəti şöbəyə təhvil veriblər.