Sumqayıtda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Xilasedicilər vətəndaşı halsız vəziyyətdə taparaq aidiyyəti üzrə təhvil veriblər.