YAP Sumqayıt təşkilatının əməkdaşları və Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri şəhərdə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Bu haqda 2 aprel tarixində Sumqayıt24 xəbər verir.
İştirakçılar Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar şəhidləri yad ediblər. Ziyarət zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qalib Əsgər abidəsinin önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.