Sumqayıtda dördmərtəbəli yaşayış binasında yanğın olub. Sumqayıt24 bu haqda 13 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün günorta baş verib. İkinci mərtəbənin pilləkən qəfəsində 8 elektrik açarı, 10 p.m elektrik kabeli, 2 su sayğacı və 6 p.m plastmas su borusu yanıb.
FHN-in əməkdaşları alovu söndürüblər. Mənzillər mühafizə olunub.