Sumqayıtda “Yaşıl bacarıqlar" adlı sərgi olacaq. Sumqayıt24 bu haqda 5 aprel tarixində xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Dövlət Universiteti və 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzi tərəfindən təşkil ediləcək. Sərgiyə qatılmaq istəyənlər 7-21 aprel tarixləri aralığında (son tarix: 21 aprel saat 18:00) əl işlərini 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzinə təqdim etməlidirlər.