Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 3 iyun tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 4-də Sumqayıtda havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman ola bilər. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 45-50% olacaq.