Sumqayıtda qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkarlanıb. Bu haqda 19 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Həyata keçirilən tədbirlər nəticəsində Yaşma bağları ərazisində qanunsuz tikili sökülüb.
Söküntü işləri FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin iştirakı ilə baş tutub.