Sumqayıt–Bakı yolunda qəza olub. Sumqayıt24 bu haqda 4 mart tarixində Bizim.media-ya istinadən xəbər verir.
Hadisə dünən gecə saatlarında baş verib. Sosial şəbəkələrdə yayılan videoda görünür ki, qəzaya uğrayan yol-patrul xidməti avtomobilinin ön hissəsi əzilib. Maşını ərazidən götürmək üçün evakuator cəlb olunub. Hadisənin necə baş verdiyi, xəsarət alanların olub-olmaması açıqlanmayıb.