Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt avtovağzalında görüş keçirib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Məlumat Xidmətinə istinadən məlumat verir.
Görüş bayram günləri ərəfəsində təşkil olunan daşıyıcılar və sərnişinlər arasında keçirilib. Məqsəd sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır.
Tədbirdə sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə hüquq və vəzifələri haqda bir daha geniş məlumat verilib.
Avtobuslarda səfərə çıxmağa hazırlaşan sərnişinlərə isə həyatlarını etibar etdikləri sürücülərin yol verdikləri qayda pozuntularına biganə qalmamaları, zərurət yarandığı təqdirdə “902- Qaynar Xətt” xidmətinə məlumat vermələri xahiş olunub.
Görüş iştirakçıları DYP tərəfindən keçirilən tədbiri rəğbətlə qarşılayıblar.