Sumqayıtda uşağın yıxılaraq ölməsi hadisəsinin təfərrüatları aydınlaşıb. Sumqayıt24 bu haqda 1 iyul tarixində xəbər verir.
Əldə etdiyimiz məlumata görə, 5 yaşlı Kənan evdə tək imiş. Uşaq eyvandakı velosipedə çıxaraq mağazaya düşən anasını çağırıb. Bu zaman velosiped sürüşüb və Kənan 7-ci mərtəbədən yıxılıb.
Xatırladaq ki, hadisə 10-cu mikrorayonda yerləşən “Kristal Abşeron” kompleksində baş verib.