"Yüksəliş" müsabiqəsinin qalibi Sumqayıtda tələbələrlə görüşüb. Sumqayıt24 bu haqda 4 aprel tarixində xəbər verir.
İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Elkiyar Ziyadov mentiləri - Bakı Dövlət Universitetinin tələbələri İsmayıl Fətiyev və Səkinə Məmmədova ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirib.
Tələbələrə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanlarından danışılıb, onların sualları cavablandırılıb.
Sonda tələbələr Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə və keramik plitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.