Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı 10-cu mikrorayonda qəbul keçirib. Sumqayıt24 bu haqda 26 aprel tarixində xəbər verir.
Zakir Fərəcov sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemlərini dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.