Sumqayıtda məktəbə aparan yol keçilməz vəziyyətdədir. Sumqayıt24 bu barədə 14 noyabr tarixində xəbər verir.
Söhbət 15 nömrəli tam orta məktəbin yolundan gedir. Yağışlı havadan sonra yolun hərəkət hissəsi və piyada səkilərinin dağınıq yerlərində gölməçələr əmələ gəlir.
“Yolun bir tərəfi avomobillərlə zəbt olunub, digər tərəfi isə dar olduğundan bir nəfər keçə bilir. Məcbur qalıb yolun ortası ilə hərəkət edirik. Yağış yağanda, ümimiyyətlə, yolu su basır və yaranan gölməçələr günlərlə qurumur”, - deyə sakinlər bildiriblər.
Daha öncə yüzlərlə şagirdin istifadə etdiyi yolun keçilməz olduğu haqda məlumat vermişdik.
[modula id="26856"]