Sumqayıtda anasını bıçaqlayan 36 yaşlı Günel Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sumqayıt24 bu barədə 17 avqust tarixində Bizim.media.az-a istinadən xəbər verir.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Aynur Rzayevanın icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlayacaq. Onun barəsində “Qəsdən sağlamlığa ağır zərərvurma” maddəsi ilə ittiham elan edilib.
Daha öncə hadisənin təfərrüatları haqda məlumat vermişdik.