Sumqayıtın daha bir məhəllədaxili yol dağınıq vəziyyətdədir. Sumqayıt24-ə bu haqda izləyicilər məlumat verib.
Problem 6-cı mikrorayon ərazisində (“Bank Of Baku”-nun arxa hissəsi) yaşanır. Təqdim olunan fotomateriallarda yolun üzərində çoxsaylı çalaları görmək olar. Sakinlərin sözlərinə görə, yağışlı günlərdə ərazi keçilməz olur.
“Buranı qazaraq kanalizasiya xətləri çəkdilər. Həyətə gedən yol illərdir gördüyünüz vəziyyətdə qalır. Dəfələrlə sakinlər adından yazılı müraciətlər etmişik. Lakin söz verilsə də, vəziyyət eyni qalır”, - müraciətdə deyilir.