Sumqayıtda işıq dirəkləri aşma təhlükəsi ilə üzləşib. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Bu hal şəhərin 12-ci mikrorayonunda və “Kimyaçı” Mədəniyyət Sarayının yaxınlığında müşahidə olunur. Bir neçə gün əvvəl əsən güclü külək nəticəsində dirəklər əyilib. Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildiriblər.