Sumqayıtda “Gecəqondu” məhəlləsi (“Tovuz” adlı kafenin yaxınlığı) qaranlıq içindədir. Sumqayıt24-ə bu haqda oxucular xəbər verib.
İnşaatçılar qəsəbəsində yerləşən sözügedən məhəllədə 9 minə yaxın vətəndaş yaşayır. Onları və buradan keçən digər şəhər sakinlərini narahat edən əsas problemlərdən biri ərazidə işıq dirəklərinin olmamasıdır.
Sakinlərin sözlərinə görə, axşam saatlarında onlar məhəlləyə çıxmağa qorxurlar.