H.Z. Tağıyev qəsəbəsində bir küçədə tullantılar gec-gec aparılır. Bu problemlə sakinlər Sumqayıt24-ə bu gün, 26 yanvar tarixində müraciət ediblər.
Bəhs etdiyimiz küçə qəsəbənin Xətai küçəsidir. Sakinlərin sözlərinə görə, tullantılar ərazidən böyük vaxt aralığında aparılır. Bu səbəbdən küləkli hava şəraitində yığılan tullantılar ətrafa səpələnir.
“Zibili gec-gec götürürlər deyə, yayda bir problem, qışda bir problem. Tullantılar ya pis qoxu yayır, ya da ətrafa səpələnir. Arada burada itləri də görmək mümkün olur”, - deyə sakin bildirib. [modula id="8642"]