Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsində təhlükə saçan dirəklər var. Bu haqda Sumqayıt24-ə bu gün, 24 fevral tarixində oxuculardan məlumat daxil olub.
Söhbət, Mikayıl Müşfiq küçəsində yerləşən elektrik dirəyi və Səttar Bəhlulzadə küçəsində olan işıq dirəyindən gedir. Dirəklərin hər ikisi də qəzalı vəziyyətdədir. Oxucuların sözlərinə görə, bura çox insanın keçdiyi ərazidir və bu səbəbdən onlar hər dəfə təhlükə ilə qarşılaşırlar.