Sumqayıt şəhərində yeni işıqforlar qoyulub. Sumqayıt24 bu barədə 22 sentyabr tarixində məlumat verir.
Şəhərin Çerkassı və Hafiz Baxış küçələrinin kəsişməsində hərəkət nizamlayıcıları quraşdırılıb. Eləcə də yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə “Piyada keçidi” zolaqları çəkilib.