Ceyranbatan və Saray qəsəbələrində qaz müvəqqəti kəsiləcək. Sumqayıt24 bu haqda 21 noyabr tarixində xəbər verir.
“Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar 22 noyabr saat 09:00-dan “Ceyranbatan” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır. Qəsəbələrin qaz təchizatı təmir işləri bitəndən sonra bərpa olunacaq.