top
Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi
13 mart 2026, 16:14
- ↺ +

Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində fəaliyyət göstərən "Real" Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

Şikayətçi Yasəmən Həsənovanın (ad şərtidir) sözlərinə görə, srağagün həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. O, bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:

"Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada analiz verməli olduğumu demədi. Mən də gedib "İmplus"da analiz verdim". 

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

"Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, "İmplus"un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən".

Həkimlə yazışmalarını təqdim edən Y.Həsənova bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:

"İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get "İmplus"dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim".

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib:

"Bu söhbətə qədər bir həkim kimi ondan razı idim. Amma artıq vicdanlı həkim obrazından çıxıb. Əvvəl o qədər can yandırırdı ki… İndi yəqin ki, pasiyentləri sadəcə biznes kimi görür".

Y.Həsənovanın sözlərinə görə, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

"Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib".

Məsələ ilə bağlı Cavid Allahverdiyev açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib:

"Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit".

Mövzu ilə bağlı danışan professor Adil Qeybulla bildirib ki, əgər həkim adi rutin analizlər üçün xəstəni konkret laboratoriyaya yönləndirir və başqa laboratoriyada verilmiş nəticələri qəbul etmirsə, bu, peşə etikasına ziddir:

"Burada artıq hər hansı təmənna və ya qara niyyətlərin olması ehtimalı var. Ümumiyyətlə, indiki şəraitdə çalışmaq lazımdır ki, xəstələri də başa düşək. İmkan daxilində xəstəyə kömək etmək, onun vəziyyətinə anlayışla yanaşmaq lazımdır. Həkimin əsas peşə əqidəsi onun mərhəmətidir. Ona görə də belə halları qətiyyətlə pisləmək lazımdır.

Bəli, elə hallar da olur ki, xəstə 4-5 il əvvəlki MRT nəticəsini gətirir. Halbuki yeni müayinə mütləq lazımdır. Bu zaman xəstəyə izah edilir ki, yenisi olmadan rəy vermək mümkün deyil. Amma xəstənin əlində yaxın günlərdə verilmiş analizlər varsa, onu yenidən həmin analizləri verməyə məcbur etmək və ya başqa laboratoriyanın nəticələrinə etibarsızlıq göstərmək təbii ki, yolverilməzdir".

Mənbə: Bakupost.az

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
23 oktyabr 2026, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
23 oktyabr 2026, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
23 oktyabr 2026, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
23 oktyabr 2026, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Oxşar xəbərlər