Saray qəsəbəsində asfaltlanma işləri həyata keçirilir. Bu haqda 23 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər “Köhnə yol” kimi tanınan General Məhəmməd Əsədov küçəsində aparılır. Hazırda ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları və xüsusi texnikası çalışır.
Təmir-bərpa işləri bir neçə gün davam edəcək.