Saray qəsəbəsi, Mikayıl Müşfiq küçəsinin (“Köhnə yol”) əsaslı təmiri yekunlaşmaq üzrədir. Sumqayıt24 bu haqda 1 dekabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Sözügedən küçənin uzunluğu 2026 metr, eni isə 8,40 metrdir. Yolda uzun müddətdir ki, çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı.
İşlər çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri yerlərdə, əsasən, deformasiyaya uğramış hissələri qazılıb, əks-dolğu işləri görülüb.
Artıq yolun 1 km-lik hissəsində yeni asfalt-beton örtüyü döşənib.
Layihənin sonuncu mərhələsində yol cizgiləri və nişanlanma xətləri, həmçinin piyada zolaqları çəkiləcək.