Bakı və Lermontov küçələrinin kəsişməsində işıqfor yoxdur. Sumqayıt24 bu haqda 19 sentyabr tarixində xəbər verir.
Ərazidə əvvəllər hərəkət nizamlayıcısı var idi. Lakin sakinlərin dediyinə görə, o, 2 həftə bundan öncə götürülüb. Hazırda bu səbəbdən sürücülər, yolu keçən piyadalar təhlükə və çətinliklə üzləşirlər.