“Qurd dərəsi”nin əksər yolları asfaltsızdır. Sumqayıt24 bu haqda 30 dekabr tarixində xəbər verir.
Problem Sülh küçəsi, 7-ci dayanacaq adlanan ərazidə yaşanır. Şikayətçilərin sözlərinə görə, ərazidə yaşayan sakin öz hesabına yolların bir hissəsini təmir etdirib. Lakin qalan yerlər hələ də pis vəziyyətdədir.
Əhali tez bir zamanda yolsuzluğun aradan qaldırılacağına ümid edir.