Sumqayıtda daha bir təhlükəli yol var. Bu haqda Sumqayıt24-ün izləyiciləri məlumat verib.
Problem şəhid General-mayor Polad Həşimovun adına olan küçədə yaranıb. Belə ki, burada olan yolun hərəkət hissəsində “yarımçıq” kanalizasiya qapağı var. Təqdim etdiyimiz fotomateriallarda görünür ki, qapağın böyük hissəsi qırılıb və kanalizasiya quyusunun üstü açıq qalıb.
Qeyd olunub ki, bu quyu həm sürücü, həm də piyadalar üçün təhlükə mənbəyidir.