Saray qəsəbəsinin elektrik təminatında problem yaranıb. Sumqayıt24 bu haqda 7 mart tarixində xəbər verir.
Sakinlər bildirirlər ki, elektrik verilişi ötən gün saat 23:09-da dayandırılıb. Hazırda qəsəbənin 60%-dən çox hissəsində elektrik enerjisi yoxdur.
“Azərişıq” ASC məsələ ilə bağlı Oxu.az-a açıqlama verib:
“Problem var və hazırda ərazidə təmir briqadası işləyir. İşlərin yekunlaşması haqda əlavə məlumat veriləcək”.