Saray qəsəbəsinin küçələri keçilməzdir. Yol problemi ilə bağlı oxucular Sumqayıt24-ə müraciət ediblər.
Sakinlərin verdiyi məlumata əsasən, Cənlibey küçəsində asfalt örtüyü yoxdur. “Vegas” marketin yanından qəsəbənin içinə gedən yolun təqribən 200 metri asfaltlanıb. Gündəlik istifadə edilən yolda palçıq və gölməçələr payızdan yaza qədər müşahidə olunur.
“Biz artıq bu palçıqlı yoldan yorulmuşuq. Uşaqları qucağımızda yola kimi aparırıq ki, məktəbə təmiz gedib çatsınlar”, - deyə izləyicimiz bildirib.