Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi ilə əlaqədar yol bağlanacaq. Sumqayıt24 bu haqda 8 iyul tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
9 iyul saat 10:00-dan etibarən yolun 19-cu km-dəki Saray qəsəbəsinə giriş-çıxış hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. Məhdudlaşma sözügedən hissədə işlər bitənədək qüvvədə olacaq.
Sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.