Bakı-Quba dairəvi yolunda dəmir arakəsmə açılıb. Sumqayıt24 bu barədə 2 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
“Stansiya Sumqayıt” sakinləri övladlarını hər gün 42 saylı məktəbə dərsə apardıqda adıçəkilən magistral yolu keçməli olurlar. Sakinlərin istəyinə uyğun olaraq, magistral yolunun ortasında yerləşən dəmir arakəsmə açılıb. Eləcə də burada müvafiq yol nişanları qoyulub. Ərazidə 600-ə yaxın ailə yaşayır.
Daha öncə şagirdlərin məktəbə gedərkən təhlükə ilə üzləşmələri haqda məlumat vermişdik.