Sumqayıtın mərkəzi küçəsində “Azərsu” ASC-nın əməkdaşları təmizlik işləri görüb. Bu haqda Sumqayıt Sukanal İdarəsinin Facebook səhifəsinə istinadən xəbər veririk.
İşlər şəhərin Sülh küçəsində aparılıb. Belə ki, burada yağış suları üçün nəzərdə tutulan barmaqlıqlar tullantılarla dolu idi. Bu səbəbdən əraziyə yüksək təzyiqli yuma maşını cəlb olunub. Onun vəsitəsilə həmin quyu yuyularaq tullantılardan təmizlənib.[modula id="8868"]