Sumqayıt şəhəri 9-cu mikrorayonda kanalizasiya xətlərinin təmizlənməsi davam edir. Bu haqda bu gün, 26 aprel tarixində Sukanal İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, işlər ev 1, 42 və 11/17 binalarının qarşısında aparılıb. Burada olan kanalizasiya quyuları xüsusi yuma maşını ilə yuyularaq çirkab tullantılarından təmizlənib.