Sumqayıt şəhərində daha bir yol və səki dağılmış vəziyyətdədir. Bu problemlə 4-cü mikrorayon sakinləri Sumqayıt24-ə müraciət ediblər.
“Bura bina 17/23-ün önü və 7 saylı yataqxananın yanıdır. Bu yol məhəllənin girişidir. Asfalt elə dağılıb ki, nə piyada səkisi qalıb, nə də avtomobil yolu”, - sakin deyib.
Həmçinin, o bildirib ki, bir müddət öncə məhəllənin yolu təmir olunmuşdur. Lakin, qeyd olunan yerdə asfalt örtüyü yenilənməmişdir.