Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir. Sumqayıt24 bu haqda 30 noyabr tarixində xəbər verir.
İşlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılır. Sumqayıt şəhərindən paytaxt istiqamətində xüsusi zolağın effektivliyi nəzərə alınaraq, əks-istiqamətdə də avtobus zolağının təşkili həyata keçirilir.
Həmin yol sahəsində nişanlanma xətləri çəkilir və müvafiq nişanlar quraşdırılır.