Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabil olaraq qalır.
Qeyd edək ki, aprelin 1-də Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.