Sumqayıtın müəyyən hissələrində işıq yoxdur. Sumqayıt24 bu haqda 8 iyul tarixində “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar bu gün saat 10:00-dan saat 12:00-nə qədər 1 və 5-ci mikrorayonlarda, eləcə də bir sıra məhəllələrdə elektrik enerjisinin verilişi dayandırılıb.
Təmir işləri bitdikdə elektrik enerjisi bərpa ediləcək.