H.Z.Tağıyev qəsəbəsində antisanitariya vəziyyəti yaranıb.
Sumqayit24.az xəbər verir ki, bu hal hərbi şəhərcik ərazisində müşahidə olunur. Redaksiyamıza müraciət edən yerli sakinlərin sözlərinə görə, ərazidəki zibil konteynerləri günlərlə təmizlənmir.
“Zibil qutuları günlərlə boşaldılmır. Yaranan vəziyyət insanların sağlamlığına ciddi təhlükə yaradır. Tullantılar vaxtında yığışdırılmadığı üçün ətrafa pis qoxu yayılır. Konteynerlərdə yer olmadığı üçün zibili məcbur yerə atmalı oluruq", - deyə şikayətçilər qeyd ediblər.