Sumqayıt Perinatal Mərkəzində "Təbii xarakterli fövqəladə hadisələr" mövzusunda maarifləndirici tədbir keçirilib. Sumqayıt24 bu haqda 9 dekabr tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Görüşdə tibb ocağının kollektivi iştirak edib. STM-in Mülki müdafiə bölməsinin aparıcı mütəxəssisi Bənövşə Sayılova təbii xarakterli fövqəladə hadisələr haqqında, həmçinin zəlzələ zamanı davranış qaydalarından danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.