Sumqayıtda su israf olunur. Sumqayıt24 bu haqda 5 oktyabr tarixində xəbər verir.
Xəzər bağları, Həmrəylik küçəsində yolboyu içməli su axır. Sakinlərin sözlərinə görə, kommunal problem artıq 1 həftədir ki, mövcuddur. Onlar “Azərsu” ASC-yə bununla bağlı müraciət etsələr də, qəzanın fəsadları hələ də aradan qaldırılmayıb.