Yaşıl dərə yaşayış massivində su problemi yaranıb.
Bununla bağlı məlumatı Sumqayıt24-ə yerli sakinlər veriblər. Onların sözlərinə görə, dünən günorta saatlarında Samur-Abşeron kanalı xüsusi texnika vasitəsilə zibildən təmizlənib. İşlər zamanı su borusu partlayıb və ətrafdakı evlərin su təchizatı dayandırılıb.
“Dünən saat 15:00-dan sonra sularımız kəsilib. Sumqayıt Sukanal İdarəsinə müraciət etdik, “bizlik deyil” cavabını aldıq. Bəs onda kimdən kömək istəyək?”, - deyə vətəndaşlar bildiriblər.