Sumqayıt şəhərinin daha bir massivində tullantılar küçəyə səpələnib. Bu haqda bu gün, 20 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, Yaşıl dərə massivində (“Portağal” marketin yanı) tullantılar üçün nəzərdə tutulan qutular yoxdur. Bu səbəbdən massivin bütün tullantıları məhz buraya gətirilir.
“Ətrafda kəskin qoxu hökm sürür. Zibili bilmirik hara yığaq, el-aləm gördüyünüz gündədir. Hələ yayın istisində buradan keçmək mümkün olmayacaq”, - deyə sakin bildirib.