“Yaşıldərə” massivinin əsas yolu təmir edilir. Sumqayıt24 bu haqda 4 iyul tarixində xəbər verir.
İşlər Sumqayıt Bələdiyyəsi tərəfindən Milli Qəhrəman Əliyar Əliyev küçəsində, 39 nömrəli avtobusun yolunda aparılır. İcraçı qurumun sədri Orxan Adıgözəlzadə bildirib ki, asfaltlanma zamanı yamaqlama metodundan istifadə olunur:
“Bəzi sakinlər yolun altından borular çəkdiklərinə görə qazıntı aparmaq qeyri-mümkündür. Bu səbəbdən asfalt yamaqlama formasında çəkilir”.
Daha öncə sözügedən küçənin uzun illər təmirsiz qaldığı barədə məlumat paylaşmışdıq. [modula id="57319"]