Sumqayıt şəhərinin 10-cu mikrorayonunda antisanitariya vəziyyəti yaranıb.
Şikayətçilərin Sumqayıt24-də təqdim etdiyi məlumata əsasən, bu hal “Araz” marketinin yanında yerləşən 70-ci binanın ətrafında müşahidə olunur. Sakinlər zibil qutuları küçəyə, ağacın altına qoyub gedirlər.
“Yaşıllığı məhv edirlər. Üfunət iyindən eyvana çıxmaq olmur. Ərazidə zibil qutuları var, buna baxmayaraq insanlar tənbəllik edib tullantıları bu ağacın altına atırlar”, - deyə şikayətçilər əlavə ediblər.